“Şəhid ailələrinə mən niyə pay göndərməliyəm ki?!” - Müğənnilər bayramdan danışdı
13-09-2016, 11:26
Məlum olduğu kimi, bu gün Azərbaycanda Qurban Bayramı qeyd olunur.
İmkanı çatan şəxslər qurban kəsərək imkansız ailələrə paylayır.
Bəs sənət adamları bu bayramda qurban kəsibmi? O siyahıda şəhid ailələri də nəzərdə tutulubmu?
AzNews.az bununla bağlı sənət adamları arasında keçirdiyi sorğunu təqdim edir:
Xalq artisti Səməd Səmədov:
“Mən Qurban Bayramını gözləmirəm. Artıq 25 ildir ki, Ramanadakı əlillər, Bilgəhdəki “Qocalar evi”nə gedirəm. Bundan əlavə, 1 saylı uşaq evinə baş çəkirəm. Vaxtlı-vaxtında gedib bu məkanları ziyarət edirəm. Fatmai Məscidinə də gedib bayram paylarını verirəm. Dünən bu məkanların hamısına baş çəkdim. Şəhid ailələrinə mən niyə pay göndərməliyəm ki?!”
Əməkdar artist Elnarə Abdullayeva:
“Biz hər il Qurban Bayramında qurbanlıqlar kəsirik. Onu siyahı üzrə paylayırıq. Siyahıda ilk növbədə şəhid və imkansız ailələr yer alıb. Biz də həmin payları onlar arasında bölürük”.
Əməkdar artist, müğənni Baloğlan Əşrəfov:
“Mən qurbanımı doğulub böyüdüyüm kənddə kəsdirirəm. Orda lazımi adamların siyahısı tutulub. Həmin siyahıda kimlər varsa, ona mənim adımdan qurban payı gedir. O siyahıda şəhid ailələri də yer alıb”.
Müğənni Manaf Ağayev:
“Mən həmişə Qurban Bayramında qurban kəsib kasıb və imkansız ailələrə pay göndərirəm. Bunu etməsəm rahat ola bilmərəm. Axı onların qurban kəsməyə imkanı yoxdur. Mən böyük heyvanlar kəsdirib onu Dərnəgüldəki qaçqın yataqxanasının sakinlərinə, imkansız ailələrə paylayıram. Amma məxsusi olaraq şəhid ailələrinə də pay göndərirəm”.