Deputatın qızından açıqlama:”Nə xeyrimə, nə də əleyhimə şərh yazmayın”

14-09-2016, 09:52           
Deputatın qızından açıqlama:”Nə xeyrimə, nə də əleyhimə şərh yazmayın”
Əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadə maraqlı açıqlama verib.

O, sosial şəbəkədə qurbanlıq qoyunları kəsdikdən sonra qanlı bıçaqla şəkil çəkdirənləri tənqid edib:

“Telefondan qoyunlu təbrikləri silmək insana əsəb, sonra isə xüsusi rahatliq gətirir… mollalıq eləmək istəyənlər tapılar yəqin, bu fikrə. Nə xeyrimə, nə də əleyhimə şərh yazmayın.

Bunu bilirəm ki, qoyunları bəzəyib, aparıb qurban kəsib, qanlı bıçaqlı şəkilləri sevinərək paylaşmaq insan xislətindəki vəhşilik əlamətidir. Bunu bu qədər biruzə vermək sizə nə verir ki…Hərənin öz ömür payı, məkanı, zamanı var.

Qoyun qurbanı həyat sığortası deyil. Bir qurbanlıq bir ömürlük günahları da bağışlada bilməz. Allah ürəklərinizə rəhm versin. Bütün varlıqların gözündəki həyat eşqini, ölüm qorxusunu görmək üçün neçə-neçə heç kəsi incitməyən gözəl bayramlara”.

Qeyd edək ki, A.Səmədzadə deputat Ziyad Səmədzadənin qızıdır.
Tərəfdar.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.