“Bic doğmuram ki…” - Şəbnəm hamiləliyindən danışdı

21-09-2016, 15:22           
“Bic doğmuram ki…” - Şəbnəm hamiləliyindən danışdı
Müğənni Şəbnəm Tovuzlu iş adamından hamilə olması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Sənətçi AzNews.az-a açıqlamasında məlumatları təkzib edib: “Mən bütün günü efirlərdə və tədbirlərdəyəm. Hamı məni görür. Necə hamiləyəm ki, onu görən, bilən yoxdur? Elə bir şey olsa sevinərəm, Allaha şükür “bic” doğmuram ki... Ana olmaq böyük duyğudur, təbii ki, hamilə olsam açıqlayacağam. Onu da deyim ki, ana olmaq fikrim var”.

Şəbnəm Tovuzlu uzun müddətdir ki, hamilə qaldığı deyilən iş adamından ayrıldığını vurğulayıb: “Biz hardasa 5 il ailə kimi yaşamışıq, rəsmi nikahda deyildik. Sözümüz düz gəlmədi. Bir ildir ki, ayrılmışıq. ”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.