Bu barədə AzNews.az-a müğənni özü məlumat verib. O, ailə qurduğu şəxsin yaxın qohumu olduğunu dilə gətirib: “5 il müddətinə bir yerdə yaşadığım kişidən ayrılmışam. Bizim rəsmi nikahımız yox idi. Lakin artıq rəsmi nikahdayam. Öz qohumumla ailə qurmuşam. Hamilə olduğumla bağlı məlumatlar yayılıb. Lakin doğru deyil. Ana olmamışdan əvvəl ilk olaraq toy şəkillərimi yayacağam. Toy məclisimiz 60-70 nəfərlik olub. Heç bir sənət adamını çağırmamışdı. Öz ailə üzvlərimiz idi”.
Məlumat üçün bildirək ki, mətbuatda Şəbnəm Tovuzlunun iş adamından hamilə olması ilə bağlı məlumatlar yayılıb. Müğənni isə saytımıza açıqlamasında xəbərləri təkzib edib və ondan ayrıldığını deyib.