Abbasdan açıqlama: - "Heç yerə gedən deyiləm"

21-09-2016, 16:33           
Abbasdan açıqlama: - "Heç yerə gedən deyiləm"
Xəbər verdiyimiz kimi, vergi borcuna görə əməkdar artist Abbas Bağırovun ölkədən çıxışına qadağa qoyulub.

Axşam.az-ın məlumatına görə, müğənni hazırda bakıda olduğunu bildirib:

“Narahatçılığa bir səbəb yoxdur. İnşallah, hər şey yaxşı olacaq. Azərbaycandayam və yaxın 100 ildə bu ölkədən heç bir yerə gedən deyiləm. Cənab prezidentimiz mənə bu boyda fəxri ad verib, xalqımın sevgisini heç vaxt itirmərəm. Gələcəkdə Azərbaycan naminə uğurlarım bol olacaq”.

Qeyd edək ki, A.Bağırovun köməkçisi ifaçının hazırda Gürcüstanda olduğunu bildirmişdi.
[media=https://www.youtube.com/watch?v=tLD40uBowFE]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.