Ebru Gündeşdən boşanma xəbərinə reaksiya: “Rza bəy nə deyirsə...”

25-09-2016, 18:58           
Ebru Gündeşdən boşanma xəbərinə reaksiya: “Rza bəy nə deyirsə...”
Türkiyəli müğənni Ebru Gündeş hazırda həbsdə olan İran əsilli iş adamı Rza Zərrabdan ayrılması xəbərinə reaksiya verib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, E.Gündeş ərinin mediaya yolladığı yazılı müraciətə və orada yazılanlara cəmi bir cümləlik reaksiya verib: “Rza bəy lazım olanı deyib, qərarım doğrudur”.

E.Gündeş uzun müddətdir ki, həyat yoldaşı ilə boşanmaq istəyib. Amma qarşı tərəfin buna etiraz etməsi nəticəsində proses daim təxirə salınıb. Cütlüyün vəkili Şeyda Yıldırımın bu ilin martında təkzib etdiyi boşanma iddiası dünən hər iki tərəfin təsdiqi ilə mediada yayımlanıb.

Hazırda ABŞ-da məhbəs həyatı yaşayan R.Zərrab vəkili Volga Gökçe tərəfindən mediaya çatdırıb ki, müğənninin boşanma tələbi ilk olaraq, 13 iyul tarixində R.Zərraba çatdırılıb. Son günlər isə E.Gündeş prosesin sürətləndirilməsini tələb edib. Nəhayət, dünən boşanma vəkalətnaməsi R.Zərraba çatdırılıb.

Rza Zərrab bəyanatında bunları bildirir: “13.09.2016-cı ildə arvadım Əbru Gündəş vəkili vasitəsilə tərəfimə boşanmaq istədiyini çatdırıb, eyni zamanda prosesi dərhal yekunlaşdırmaq üçün yenə də vəkili vasitəsilə mənə təzyiq göstərib və son olaraq 23.09.2016-cı il tarixdə boşanma vəkalətnaməsini tərəfimə göndərmiş vəziyyətdədir. İçərisində yer aldığım bu sıxıntılı mərhələyə baxmayaraq arvadımın boşanma qərarını hörmətlə qarşıladığımı ictimaiyyətə bildirirəm. Hörmətlə, Rza Zərrab”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.