Məşhur aktyorlar qohum olacaqlar FOTO/VİDEO

3-12-2024, 17:18           
Məşhur aktyorlar qohum olacaqlar  FOTO/VİDEO

Amerikalı aktyorlar Eddi Mörfi və Martin Lourens qohum olacaqlar. Onların övladları Erik Mörfi və Casmin Lourens nişanlanıblar.

Oxu.Az xəbər verir ki, bu barədə "İndependent" məlumat yayıb.

Cütlük "Instagram"da Mörfinin Erik Benetin "Spend My Life With You" mahnısının sədaları altında Lourensə evlilik təklifi etdiyi videonu paylaşıb.

"Tanrı bizə həqiqətən də tale kimi hiss olunan bir sevgi bəxş etdi", - Casmin paylaşımı şərh edib.

Cütlüyün nişanı münasibətlərini elan etməsindən üç il sonra baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru