Bu gözəl dərisinin rəngi ilə hər kəsi təəccübləndirir - FOTOLAR

1-10-2016, 19:43           

Model biznesi çox rəngarəngdir. Əgər əvvəllər qara dərili qızların model olması yaxşı qarşlanmırdısa, indi əksinədir. Müasir dövrdə podiumu məhz qara dərili modellər işğal edib desək, yanılmarıq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, moda biznesin nümayəndələrinə qeyri-adi nəsə göstərmək və ictimaiyyəti təəccübləndirə bilmək olduqca çətindir. Amma Xudiya Diop qapqara dərisi ilə hər kəsi təəccübləndirə bilir. Çünki o, dünyanın ən qara dərili qızıdır.

Əslən Sineqaldan olan Xudiya Diopun dərsinin rəngi digər afroamerikalı insanların rəngindən daha tünddür. Lakin bu, onu narahat etmir və daha seçilən edir. Etiraf etmək lazımdır ki, belə dəriyə malik olan birinə diqqət etməmək mümkünsüzdür. Model agentlikləri də bu qeyri-adi gözəlliyinə biganə qalmayıb və ona əməkdaşlıq təklif edib.

Diopa dərisinin rənginə görə, "Melanin ilahə" adlandırırlar. Model bildirib ki, uşaqlıqda öz dərisinin rənginə görə, utanıb. Bir çox həmyaşıdları ona istehza ilə yanaşıb və hər cür təhqiri səsləndirib. Lakin bu, onun uğur qazanmasına mane olmayıb, indi onu özgələrinin fikri qətiyyən narahat etmir.



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.