Ancelina Colinin oğlu gözlənilməz peşə seçib

7-12-2024, 17:34           
Ancelina Colinin oğlu gözlənilməz peşə seçib
Aktrisa Ancelina Coli Cimmi Fellonun aparıcılıq etdiyi "The Tonight Show" verilişində övladlığa götürdüyü 23 yaşlı oğlu Meddoksun gözlənilməz bir peşə seçdiyini açıqlayıb.

Bu barədə "Page Six" məlumat yayıb.

Aktrisa özünün lisenziyalı pilot olduğunu xatırladıb və əlavə edib:

"Meddoks da pilot olmaq üçün təlim keçir, o artıq pilotdur", - Coli bildirib.

49 yaşlı Ancelina Coli daha əvvəl qeyd edib ki, 2004-cü ildə onu təyyarə idarə etməyi öyrənməyə məhz Meddoks ruhlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.