Türk sinemasının sultanı Türkan Şoray uzun müddətdir axtardığı evi tapıb.
Axar.az xəbər verir ki, aktrisa sakit təbiət qoynunda yerləşən Çubuklu bölgəsini seçib. Yeni evinin dekor işlərini qızı Yağmur Ünala etibar edən sənətçi hər köşənin onun zövqünü əks elətdirməsini arzulayır.
Şoray şəhərin səs-küyünə görə illərdir yaşadığı evindən köçdüyünü qeyd edib.
Xatırladaq ki, Türkan Şoray öz evini 15 milyon türk lirəsinə satışa çıxarmışdı.