Məşhur aktrisanın barmağının yarısı Türkiyədə qopdu VİDEO
4-10-2016, 09:43
Amerikalı aktrisa Lindsi Lohanın barmağının yarısı qopub. APA TV-nin TMZ-yə istinadən verdiyi məlumata görə, aktrisa qayığı sahilə çıxarmaq istəyərkən ehtiyatsızlıq edib.
Hadisə Türkiyə sahilləri yaxınlığında baş verib. Lindsi Lohan lövbər kəndiri ilə ehtiyatsız davranıb və kəndir onun şəhadət barmağının yarısını kəsib. Aktrisanın dostları barmağın qopan hissəsini tapıblar. Lindsi Lohan Türkiyədə xəstəxanaya çatdırılıb və əməliyyat yolu ilə həmin hissə yerinə tikilib.
Aktrisanın hadisə zamanı sərxoş olduğu ehtimal edilir.
Qeyd edək ki, 30 yaşlı Lindsi Lohan “Yaramaz qızlar” və “Dəli cümə günü” filmləri ilə tanınır. [media=https://www.youtube.com/watch?v=JjrByeGH_K4]