Azərbaycanlı aktyor boşanma səbəbini açıqladı

6-10-2016, 09:05           
Azərbaycanlı aktyor boşanma səbəbini açıqladı
Azərbaycan əsilli Türkiyəli aktyor Tamər Qaradağlı qadınlarla bağlı maraqlı açıqlamalar verib.

Axar.az xəbər verir ki, aktyor qadınların ona olan diqqətindən məmnun olduğunu bildirib. O, boşanmasına səbəb kimi qadınları göstərib:

“Boşanmağıma qadınlar səbəb oldu. Qarşı cinsin diqqəti hər bir kişinin xoşuna gəlir. Bəzən olub ki, bir qadın yolda öz telefon nömrəsini avtomobilinin şüşəsinə yazıb. Mənimlə bir fincan qəhvə içmək üçün yaxınlarımdan razılıq verməyimi xahiş edənlər də olub. İndiyə qədər qadın qayğısından sıxılan kişi görməmişəm. Mən də onlardan biriyəm. Bir çox həmcinsim kimi şəhvət qurbanıyam”.

Qeyd edək ki, Tamər Qaradağlı aktrisa Arzu Balkandan 2007-ci ildə ayrılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.