Əli Mirəliyevin var-dövləti üzə çıxdı: - “İki bağ, Türkiyədə ev, Bakının mərkəzində 3 ev də...”

Bu gün, 16:39           
Əli Mirəliyevin var-dövləti üzə çıxdı: -
“Tək-tənha oturmuşam Mərdəkanda. Qızımın evi ayrı, yoldaşımın evi ayrı, oğlumun evi ayrıdır. Hamısı bir rayonda, şəhərin mərkəzində yaşayırlar. Vaxtında toya gedib onlar üçün gün ağlamışam, ev almışam. İndiki pulla mən ev ala bilərdim? Mərdəkanda və Nardaranda iki bağım, Türkiyədə bir evim var. O ki, qaldı bayrama.. Bayramı heç hiss etmədim. Bilmədim ki, necə oldu, necə olmadı? Evdən bayıra çıxmıram. Keçmişdə gedib gəlirdik ora-bura. İndi kim kimin evinə qonaq gedir ki? Vallah mən görmürəm. Qonaq gedib-gəlmək qaldı o illərdə. Yüz cür adət var idi. O bayram ki, biz keçirmişik, onu görmədim”.

Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.

O daha sonra əlavə edib:

“Bəzən mənə deyirlər ki, get yenidən səsyazma studiyasında mahnı yazdır. Qətiyyən etmərəm. İndi düzgün oxumaq heç kimə lazım deyil. Bu gün ancaq geydirmə oxuyanlar var. Onları da hamınız tanıyırsız, bilirsiz, görürsüz. Habil Əliyev düz deyir ki, öləndən sonra adamı o qədər tərifləyirlər ki, adamın ölməyi gəlir. Mən nə qədər sağam bunu görməyəcəm. Sizlər sağ olsanız görəcəksiniz. Biz vaxtımızda getdiyimiz toyları öz toyumuz, qohum-əqrabamızın toyu kimi bilirdik. Orada abırsızlıq, həyasızlıq edə bilməzdik. İndikilər biyabırçılıq edirlər. Mənim haqqımda deyirlər ki, guya danışmağımla yadda qalmışam. Bu sözü deyənlər əsl müğənni deyillər. Əsl müğənni olsaydılar bu sözü deməzdilər. Onlar qalmaqalla, bir-birinin ailəsinə söz atmaqla gündəmdə qalırlar. Belə oxumaq olar? Bu abırsızlıqdır” deyə müğənni bildirib.

Əli Mirəliyev xalq artisti Aygün Kazımovanın kinostudiya görkəmində villa tikdirməsinə də münasibət bildirib:

“Onlar mənim gözümdə nə oxuyan deyillər, nə də xalq artisti. Özfəaliyyət səviyyəsində olan insanlardır. Camaatın heç yaşamağa başında damı yoxdur, o geyimləri üçün ev tikdirir. Bu artıq qudurğanlıqdır. Müvəfəqiyyətdən başları gicəllənir. Onlar unudublar ki, Allah verir, Allah da alır” deyə müğənni bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.