Keyt Blanşett karyerasını başa vurmaq istəyir

16-04-2025, 15:48           
Keyt Blanşett karyerasını başa vurmaq istəyir
İkiqat "Oskar" mükafatı laureatı Keyt Blanşett ("Elizabeth", "The Aviator", "Blue Jasmine", "Tar") kino sənayesini tərk etmək niyyətindədir.

Oxu.Az xəbər verir ki, bu barədə o, "Radio Times" jurnalına müsahibəsində danışıb.

"Hər dəfə bunu deyəndə ailəm əsəbiləşir, amma bu doğrudur: mən ciddi şəkildə aktyorluğu tərk etmək istəyirəm. Həyatımda məşğul olmaq istədiyim çox şey var", - deyə Keyt bildirib.

Xatırladaq ki, bu, Blanşettin karyerasına son qoyacağını elan etdiyi ilk hal deyil. Hələ 2019-cu ildə "Where'd You Go, Bernadette" filminin premyerasında "Vulture" ilə müsahibədə Keyt - "Artıq dayanmaq vaxtı gəldi, tamamilə", - deyə etiraf etmişdi.

Daha sonra aktrisa əlavə edib ki, tamaşaçılar filmə baxdıqdan sonra böyük ehtimalla bu qərarla razılaşacaqlar və belə sərt ifadəyə görə üzr istəyib. 2023-cü ildə "Vanity Fair" ilə söhbətində o, dəfələrlə karyerasından ayrılmaq barədə düşündüyünü təsdiqləmişdi.

63

9
A-
A+

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.