Efirlərdən "səviyyəsizlik" yığışdırılır: Bu ifaçıların bazarı bağlandı - Şok qərar

30-04-2025, 16:18           
Efirlərdən "səviyyəsizlik" yığışdırılır: Bu ifaçıların bazarı bağlandı - Şok qərar
Azərbaycan efirlərində bir sıra bayağı ifaçılara qadağa qoyulub. Artıq bir həftədir ki, mövcud qadağa tətbiq olunur.

Efirlərin belə bir tədbiri görməsinə səbəb bəzi bayağı ifaçıların televiziya verilişlərində ifa etdikləri mahnılar, geyimləri və danışıq tərzləri olub.

Əldə etdiyimiz məlumata görə, bundan sonra bayağı ifaçıları daha çox muğam ifaçıları, klassik estrada müğənniləri, xalq və əməkdar artistləri əvəz edəcək.

Artıq qeyd olunan qadağa bir sıra verilişlərdə özünü göstərir.

Bayağı ifaçılara efir qadağasının hansı müddətə tətbiq olunduğu hələlik məlum deyil. Qeyd edək ki, bir müddət öncə aparıcı Elgiz Əkbər açıqlamasında bundan sonra efirində bayağı ifaçılara yer verilməyəcəyini demişdi. / Oxu24.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru