“Aygün Bəylərlə yatağa girmisənsə,…”- “Space”in aparıcısı ilə prodüser arasında qalmaqal FOTOFAKT

1-07-2015, 22:21           
“Aygün Bəylərlə yatağa girmisənsə,…”- “Space”in aparıcısı ilə prodüser arasında qalmaqal FOTOFAKT
“Space” telekanalının “Günaydın” verilişinin aparıcısı Vüsalə Kərimova ilə prodüser Sultan Mustafayev arasında qalmaqal yaşanıb.
Axşam.az-ın məlumatına görə, aparıcı “Facebook” sosial şəbəkəsində birgə çalışdığı müğənni Yaşar Cəlilovla sevgili olmaları barədə xəbərlərə münasibətini bildirib.
O qeyd edib ki, bütün bu xəbərlər həqiqəti əks etdirmir:
“Bir də qələt edib üstümə gəlməyin. Deyək ki, Yaşarla sevgiliyik, bundan sizə nə? Kimsiniz? Həyat yoldaşınızı əlinizdən almışam? Yoxsa, məni nəslinizdəki tərbiyəli xanımlar kimi gündə biri ilə tutmusunuz? Nədir sizi yandıran? Mal mənim, mülk mənim, sizə nə? Gözünüz Yaşardadırsa, onun da gözü başqasındadırsa, gedin özünüzə başdan-ayağa baxın. Qüsurlarınızı düzəldin ki, sizi seçsin. Allaha şükür olsun ki, mənim nə sevməyə, nə də sevilməyə ehtiyacım var. Ətrafım, yaxınlarım, doğmalarım, dostlarım məni sevir, çünki sevilməyə layiqəm, o sevgini təmiz qəlbimlə qazanmışam. Sizin kimi içim kin-küdurətli deyil. Həyatdan zövq ala-ala yaşayıram, haqqımdır, boyumdan uzun, dağ boyda balam var. Bu mənə yetər! Sizlərə yazığım gəlir, mənim qeybətimi edincə, kimlə harada necə oturub durduğumu özünüzə dərd edincə, həyatınızı qurun. Mən heç vaxt acıq verməyəcəm, kifayət qədər mükəmməl qadınam. Yaşamaq, xoşbəxt olmaq mənim də haqqımdır, amma kiminlə, harada, necə, onu siz heç vaxt bilməyəcəksiniz”.

Prodüser isə yazılanlara öz rəyini bildirərək bunları qeyd edib:
"Space"in aparıcısı ilə prodüser arasında şok "Facebook" yazışması
“Məncə, Bakıda sizin Yaşarla sevgili olduğunuzu bilməyən yoxdur. Bundan niyə inciyirsən ki?”.
Prodüserin sözləri V.Kərimovanı özündən çıxarıb:
“Bəlkə yatanda yorğan-döşəyim olmusan? Bilmədiyin işə möhür vurma. Səndən, yoxsa başqasından qorxuram? Allahdan başqa kimsədən qorxum yoxdur. Tanıdığın pulla satın alınan aparıcılardan deyiləm. O ki qaldı sevgiyə… Sən əgər hörmət bəslədiyin, ağız dolusu danışdığın Aygün Bəylərlə yatağa girmisənsə, məni də Yaşarla sevgili gör”.
S.Mustafayev isə aparıcıya cavab olaraq deyib ki, əməkdar artist Aygün Bəylərin adını çəkərkən diqqətli olmaq lazımdır:
“Aygün xanımın bu məsələyə nə aidiyyatı? Aygün Bəylər o cür şəkillər çəkdirib paylaşmır. 25 ildir sənəti olan, dünyalar qədər pərəstişkar yığan sənətkar haqqında danışanda diqqətli ol! Bu şəhərdə hamıya onun namusu, qeyrəti bəllidir. O, yeganə adamdır ki, fahişəlik etmir”.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.