Tanınmış meyxanaçı ilə Etibar Məmmədov Rusiyada görüşdü: "Azərbaycanın siyasi tarixində adı olan..."

26-03-2018, 10:50           

Meyxanaçı Namiq Qaraçuxurlu Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş sədri Etibar Məmmədovla görüşüb.

Mia.az xəbər verir ki, bu barədə meyxanaçı sosial şəbəkədə məlumat və foto yayəb.

Namiq Qaraçuxurlu Etibar Məmmədovla olan fotosuna belə təqdimat verib: "Azərbaycanın siyasi tarixində adı olan Etibar Məmmədovla təsadüfi görüş".

Onu da qeyd edək ki, bu paylaşımdan bir gün əvvəl Namiq Qaraçuxurlunun Rusiyaya getməsi və hava limanında əlil arabası ilə hərəkət etməsini əks etdirən xəbər və foto yayılıb. Bu da onu göstərir ki, o, Etibar Məmmədovla Rusiyada görüşüb.

Maraqlıdır, Etibar Məmmədov Rusiyaya işgüzar səfərə, yoxsa bayram tətilinə gedib?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru