Baş nazir 1915-ci il hadisələrinə görə ermənilərə başsağlığı verdi - Əhməd Davudoğludan ŞOK addım

21-04-2015, 10:47           
Baş nazir 1915-ci il hadisələrinə görə ermənilərə başsağlığı verdi - Əhməd Davudoğludan ŞOK addım
Türkiyənin baş naziri Əhməd Davutoğlu 1915-ci ildəki köçürülmə əsnasında həyatını itirən Osmanlı ermənilərini hörmətlə andığını, övladlarının və nəvələrinin acrılarını paylaşdığını ifadə edib.

Modern.az saytı "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Əhməd Davutoğlu Osmanlı İmperatorluğunun yıxılma dövründə həyatını itirən Türkiyə erməniləri ilə bağlı yazılı açıqlama verib.

Osmanlı İmperatorluğunun son illərində əsrlərdir barış və qardaşlıq içində bir yerdə yaşamış fərqli etnik və dini mənşədən olan bir çox Türkiyə vətəndaşının yaddaşlarda dərin izlər buraxan böyük ağrılar yaşadığını qeyd edən Davutoğlu, bunları bildirib:

"Birinci Dünya Savaşı şərtlərində bu acıları yaşayan, fərqli etnik və dini mənşəyə mənsub millətlərin nəvələri olaraq yaşananları anlayır, həyatını itirən günahsız Osmanlı ermənilərini hörmətlə xatırlayır, nəvələrinə başsağlığılarımızı təqdim edirik. Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni mirasına sahib çıxmaq Türkiyə üçün tarixi və insani bir vəzifədir. Bu anlayışla, bu il 24 aprel günü Erməni Patriarxiyası tərəfindən təşkil ediləcək dini bir mərasimlə Osmanlı erməniləri bütün dünyada olduğu kimi, Türkiyədə də xatırlanacaq". Türkiyə hökuməti son günlər Roma Papası və Avropa parlamentini “erməni soyqırımı” ifadələrini işlətdiyinə görə qınayanbəyanatlarla çıxış edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.