Trampa yanlış məlumat veriblər: Türkiyə 40 ildir... - Çokar
15-01-2019, 08:23
ABŞ Prezidenti Donald Tramp yəqin yanlış bir məlumat alıb. Bizim PKK ilə mübarizəmiz məlumdur ki, 40 ildir davam edir və minlərlə şəhid vermişik. Buna qarşı vətənimizi, birliyimizi, millətimizi qoruyacağıq. Kürdlərə də sahib çıxırıq, öz insanlarımızdır. Trampın ətrafdakıları tərəfindən səhv məlumatlandırıldığını hesab edirəm.
Axar.az xəbər verir ki, bunu türkiyəli millət vəkili Barat Çokar bildirib. Çokar Trampın bu açıqlamasının reallıqla üst-üstə düşmədiyini deyib:
"Bunları daha yaxşı araşdırıb öyrənməsi lazımdır ki, siyasətlərini da doğru bir əsas üzərində qursunlar. O, hər hansı bir insan deyil, Amerikanın prezidentidir. Bu məsələlərlə bağlı düzgün məlumat alıb NATO müttəfiqi olan Türkiyə ilə münasibətlərini çox diqqətli bir şəkildə ölçüb-biçməlidir".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Türkiyəni kürdlərə hücumu dayandırmağa çağırıb, əks təqdirdə iqtisadi sanksiyalarla hədələyib.