Nazarbayevin qızı Qazaxıstan Senatının sədri seçilib
20-03-2019, 15:15
Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva ölkə Senatının sədri seçilib. "Report" TASS-a istinadən xəbər verir ki, bunu səsvermənin nəticələri göstərir. Dariqa Nazarbayevanın Qazaxıstan Parlamenti Senatının sədri vəzifəsinə namizədliyini ölkə Prezidenti Kasım-Jomart Tokayev təklif edib.