Esayan: “Ermənilərin həkimi türklərdir”

22-04-2015, 11:02           
Esayan: “Ermənilərin həkimi türklərdir”
“Biz dərdimizə çarəni xarici parlamentlərdə tapa bilmərik”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə AKP-nin İstanbuldan millət vəkilliyinə namizədi, erməni əsilli jurnalist Markar Esayan çıxış edib. O, Türkiyə Baş naziri Əhməd Davudoğlunun 1915-ci il hadisələri barədə çıxışına münasibət bildirib:

“Türklərin həkimi ermənilər, ermənilərin həkimi isə türklərdir. Biz dərdimizə çarəni xarici parlamentlərdə tapa bilmərik. Bu hadisələrin baş verdiyi torpaqlarda öz qonşularımızla ağrılarımızı paylaşaraq yaxşılaşa bilərik. Türkiyə 100 il sonra köhnə dövlət ağlından uzaqlaşdı və nəhayət erməniləri də Osmanlının itkiləri arasında görən mövqe aldı. Ermənilər 100 ildir ki, bunu gözləyirdilər”.

Qeyd edək ki, Davudoğlu ötən gün çıxışında Türkiyədəki erməni kilsəsində 1915-ci il hadisələri barədə anma mərasimlərinin keçiriləcəyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.