Türkiyədə azərbaycanlı qadının ağır günləri

22-04-2015, 11:14           
Türkiyədə azərbaycanlı qadının ağır günləri
Türkiyədə yaşayan azərbaycanlı qadın imdad diləyir. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Tutu adlı qadın uzun illərdir ər şiddətinə məruz qalır.

Tutu Ş. adlı qadın ərinin onu evdən çölə belə buraxmadığını deyib. O, yerli kanallardan birinə telefon vasitəsilə qoşulub və başına gələnləri danışıb.

"İllərdir ərimin pis davranışına məruz qalıram. Sadəcə mənə qarşı yox, uşaqlarım və bacıma qarşı da münasibəti eynidir".

Qadının sözlərinə görə, polisə müraciət etsə də əri 6 aylıq uzaqlaşma cəzası alıb. Amma o buna əməl etməyib və ailəsini döyməyə davam edib.

Türk vətəndaşı ilə ailə quran və Balıkəsir şəhərində yaşayan qadın həyat yoldaşının 12 yaşlı əlil övladı üçün dövlətin verdiyi müavinəti belə əlindən aldığıı bildirib. "Hər hansı bir gəlirimiz yoxdur. Pulsuzluqdan uşaqlarımı belə oxuda bilmirəm. Bir çox yerə müraciət etsəm də kömək edən olmayıb".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.