Türkiyə XİN başçısı Makronu terrorizmə dəstək verməkdə ittiham edib

28-11-2019, 21:08           
Türkiyə XİN başçısı Makronu terrorizmə dəstək verməkdə ittiham edib
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronun “Barış bulağı” hərəkatı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Türkiyə XİN başçısı Fransa Prezidentini terrorizmə dəstək verməkdə ittiham edib.

“Biz terror təşkilatına qarşı mübarizə aparırıq. O, terror təşkilatının hamisidir. Əgər mənim müttəfiqim terror təşkilatıdır deyirsə, ona verəcək cavabımız var. Makron unutmasın ki, Türkiyə NATO-nun müttəfiqidir. Makron belə çıxışlarla Avropanın lideri ola bilməz. Avropada bir boşluq var deyib, mən liderim olum deyə çabalayır. Liderlik təbii olmalıdır”, - deyə M. Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, Fransa Prezidenti E. Makron NATO baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında Türkiyənin Suriyanın şimalında apardığı “Barış bulağı” hərəkatı barədə danışıb. O qeyd edib ki, təhlükəsizliklə bağlı müəyyən qayğıları olan Türkiyə çox sayda terror hücumlarına məruz qalıb. Fransa Prezidenti əlavə edib ki, lakin bununla belə, Türkiyə İŞİD-ə qarşı koalisiyaya təhdid yaradan hərbi əməliyyatlar aparıb, birlik və dəstək gözləyə bilməz.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.