Türkiyə Silahlı Qüvvələri (TSQ) terrorun qarşısını alıb. "Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyanın Tel-Abyad bölgəsindən cənub-şərqdəki Eyn əl-Arus kəndində bombalı hücumun qarşısı alınıb.
Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, avtomobil vasitəsilə planlaşdırılan hücumun TSQ-nin bölgədəki nəzarət məntəqəsi tərəfindən qarşısının alındığı bildirilib.
Məlumatda kənddən kənarda baş tutan bombalı hücum nəticəsində isə 6 mülki vətəndaşın yaralandığı qeyd edilib