Çavuşoğludan Makedoniyaya: Niyə adınızı dəyişdirdiniz?

1-12-2019, 10:54           
Çavuşoğludan Makedoniyaya: Niyə adınızı dəyişdirdiniz?
Avorpa Birliyi sözünə əməl etməyi bacarmadı.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. O, NATO-nun Şimali Makedoniyaya dəstək olmaq üçün əlindən gələni etdiyini söyləyib:

“Makedoniya səfiri, yunan dostlarımız inciməsinlər, hələ də “Makedoniya” deyirəm. Çünki adınızı dəyişdirmisiniz. Niyə adınızı dəyişdirdiniz? NATO müttəfiqi olmaq, müzakirələri başlatmaq və Avropa Birliyinə (AB) qəbul edilmək üçün. NATO olaraq biz sözümüzün üstündə durduq və sizi dəvət etdik. Təəssüf ki, AB sözünə əməl etməyi bacarmadı. Qəbul müzakirələrinə dəvət edilmədiniz. Bu, faydanıza deyil. Səfir Zvonko Mucunski (Şimali Makedoniyanın Ankaradakı səfiri) əməkdaşlıq edir və həqiqətən də yardımçı olur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.