Türkiyədə sosial şəbəkələrdə siqaret çəkənləri narahat edən bir xəbər yayılıb.
Correct.az xəbər verir ki, şayiələrə görə, 5 yanvar 2020-ci il tarixindən etibarən siqaretin qiymətlərində böyük artım olacaq. Hətta bir çox yerdə qiymət artımı başlayıb. Hələlik iddiaların doğruluğu dəqiqləşməyib.
Türkiyə Kənd Təsərrüfatı Nazirliyi açıqlamasında 5 dekabr tarixindən etibarən standart qutularda siqaret satışına başlanılacağını bildirib. Yeni ildən etibarən yalnız standart qutularda siqaret satılacaq.