Natiq Sadıqovun şəriki Aqil Babayevə qarşı daha bir məkirli planı ifşa oldu!
Bu gün, 00:03
Natiq Sadıqovun şəriki Aqil Babayevə qarşı daha bir məkirli planı ifşa oldu!
Bakı Ağır Cinayətlər Məhkəməsində “Şaurma N 1″ restoranının şəriki Aqil Babayevin 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar bütün detalları ilə ifşa olunur. Aqil Babayevin həbsdə saxlanılmasına əsaslı səbəb gətirə bilmədiklərinə görə “zərərçəkən” şəxslər hansısa qüvvələrin himayəsi ilə ona “möcüzəvi insan” möhürü vuraraq və məntiqsiz, ağıla sığmayan açıqlamalar verərək, məhkəməni və dövlət qurumlarını ələ salıb yormaqla məşğuldurlar.
Bundan əlavə, həmin “zərərçəkmiş” şəxslər qəsdən planlı şəkildə məhkəmənin gedişinə də süni maneələr törədərək, təqsirləndirilən şəxsi və vəkillərini söyüş-təhqir edib, hücum taktikasında olaraq işin obyektiv araşdırılmasına mane olublar. Amma artıq bütün bu saxtakarlıq, böhtan və iftiralar ifşa olunmaqdadır.
40 nəfərdən ibarət “zərəçəkmişin” vasitəsi ilə 2021-ci ildə Aqil Babayevə qarşı açılan saxta ittihamlar özünü doğrultmayıb və bununlada Natiq Sadıqov yeni bir məkrli plandan istifadə edərək süni şəkildə işi daha da qəlizləşdirərək özünə daha da dərin quyu qazmaq fikrinə düşüb. Məlum mütəşəkkil cinayətkar şəbəkə Aqil Babayevə qarşı törətdiyi ilk böhtan xarakterli cinayət əməlinin fiaskoya uğradığını görüb, yenidən hücuma keçmək fikrinə düşüb və bununlada Aqil Babayevin azadlığa çıxmasına qarşı və məhkəmə çəkişməsini öz havadarlarının vasitəsi ilə gecikdirərək işin uzanmasına nail olmaq istəyib.
Bununla bağlı redaksiyamıza daxil olan məlumata görə, Natiq Sadıqovun təşəbbüsü ilə və prokurorluq orqanlarında olan havadarları vasitəsi ilə Aqil Babayevə qarşı digər bir məkrli bir planı ifşa olub. Planın məqsədi yeddi nəfərə yaxın süni “zərəçəkmiş” şəxsin ərizələri və şikayətləri əsasında Aqil Babayevə qarşı yeni bir iddianın açılmasından ibarətdir. Belə ki, Natiq Sadıqov vəkilinin dəstəyi ilə 7 nəfərdən saxta ifadələr alaraq yeni iddanın açılmasına cəhd edib.
Qeyd edək ki bu cür üzə durma kampaniyası vasitəsi ilə hələ 2021 ci ildə Natqi Sadıqov şəriki Shaurma N1 restoranlar şəbəkəsinin sahibi Aqil Babayevə qarşı məkrli bir plan quraraq onu qanunsuz olaraq tutdurmağa nail olmuşdur. Sadıqov Babayevin biznesdəki payını ələ keçirmək üçün ona qarşı saxta cinayət işi açdırıb və prosesdə müəyyən yüksək vəzifəli şəxslərin dəstəyi ilə ittihamları irəli sürüb. Babayevin azadlıqdan məhrum edilməsi barədə verilən hökm ədalətsizdir və prosesdə aparılan araşdırmalar tam şəkildə həyata keçirilməyib. Müdafiə tərəfi, məhkəmədən müstəqil və şəffaf ekspert rəyi ilə mətnşünaslıq ekspertizası aparılmasını, eləcə də “zərəçəkənlərdən” alınan ifadələrin yenidən qiymətləndirilməsini tələb edir.
Bütün bu iddialar işin yenidən araşdırılması, Babayevin üzərindəki ittihamların ədalətli və obyektiv şəkildə araşdırılması zərurətini gündəmə gətirir. Babayevin məhkəmə prosesində dindar şəxslərdən ibarət bir qrup tərəfindən psixoloji təzyiqlərə məruz qalması iddiası və məhkəmə tərəfindən sübut kimi təqdim olunan ifadələrin hüquqi dəyərləndirilməsi məsələsi də işin obyektivliyinə təsir göstərir. 3 ildən artıq davam edən məhkəmə çəkişməsi yaxın vaxtlarda Ali Məhkəmə mərhələsinə qədəm qoymaq üzərə olduğu bir vaxtda Natiq Sadıqovun belə bir böhtan xarakterli radikal bir plana əl atması nəinki onun ilk planını ifşa etmiş oldu və hansı vasitələrlə öz şərikini tutdurmaq niyyətini ortalığa qoydu, həttda onun hal hazırki durumda hansı bir acınacaqlı vəziyyətdə olduğunu göstərir.
Bu hadisələrin baş verməsi bir daha göstərir ki hüquq mühafizə orqanlarının bu mütəşşəkkil cinayətkar qrup barəsində heç bir tədbir görməməsi Aqil Babayevə qarşı törədilmiş cinayətin və hal hazırda törədilən zorakılıq və təzyiqlərin davam etməsinə yol açır.
Ailə üzvləri bu faktların rəsmi qurumlar tərəfindən araşdırılması tələbi ilə müvafiq dövlət qurumlarına müraciət edərək bu cinayətkar qrupun əməllərinin ifşa olunaraq sübuta yetirilməsini tələb edərək cənab prezidentdən kömək istəyiblər. Aqil Babayevin həbs edilməsinin təşkil edilməsi üçün müvafiq dövlət orqanlarına yalan məlumatlarla çıxış edən şəxslərin əməllərinin araşdırılmasının təmin edilməsi və Aqil Babayevin pozulmuş hüquq və azadlıqlarının bərpası üçün onun yaxınları, ailə üzvləri və media rəhbərləri ölkə rəhbərliyinə müraciət edib.
Cumhuriyyet.az