Saxlanıldığı deyilən “Limonçik” yenidən “TikTok”a qayıtdı

16-01-2025, 00:12           
Saxlanıldığı deyilən “Limonçik” yenidən “TikTok”a qayıtdı
Abşeron və Suraxanı rayonlarında avtomobillərdən dövlət qeydiyyat nişanlarını oğurlayan şəxslərdən biri olan və saxlanıldığı deyilən “Limonçik” ləqəbli Əli İsmayıllı artıq bir neçə gündür ki, “TikTok” platformasında canlı yayımlar açmağa başlayıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Əli İsmayıllı yeniyetmə olduğu üçün Cinayət Məcəlləsininə uyğun olaraq ailəsinin iştirakı ilə onunla profilaktik söhbət aparılıb.

Xatırladaq ki, Ə.İsmayıllı və digər saxlanılan şəxslər dövlət qeydiyyat nişanlarının sahiblərinə Qazaxıstan Respublikasına məxsus nömrələrlə zəng edərək pul tələb ediblər.

Onların Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “Toyota”, “Hyundai”, “Range Rover” və “Mercedes-Benz” markalı daha 5 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurladıqları məlum olub.

Qeyd edək ki, bir müddət öncə Rusiyada limon satmaqla sosial şəbəkələrdə məşhurlaşan Ə.İsmayıllının saxlanılması barədə xəbər çıxmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru