Türkiyə üç prezidntə qarşı sərt bəyanat verdi

25-04-2015, 12:44           
Türkiyə üç prezidntə qarşı sərt bəyanat verdi
Türkiyə Xarici İşlər Nazirliyi qondarma erməni soyqırımı ilə bağlı çıxışlar edən Fransa, Almaniya və ABŞ prezidentlərinə qarşı bəyanat verib.
Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə nazirlik bəyan edib ki, ABŞ prezidentinin “erməni genosidi” ilə bağlı ənənəvi çıxışındakı ifadələri rədd edirlər.

XİN-in Almaniya prezidenti Yoahim Qauka qarşı etdiyi etirazda bildirilib ki, o, türk tarixinə və xalqına qarşı əssasız ittihamlar irəli sürüb. "Türk xalqı Yoahim Qaukun ifadələrini unutmayacaq və yaddan çıxarmayacaq",-deyə qeyd olunub.

Bununla yanaşı, Fransa prezidenti Fransua Ollandın Yerevenda qondarma erməni soyqırımı tədbirlərində iştirakı da kəskin şəkildə pislənilib.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama 1915-ci ildə Osmanlı imperiyasında baş verənlərlə bağlı etdiyi ənənəvi çıxışında “soyqırımı” ifadəsini işlətməsə də, ermənilərin böyük faciə ilə üzləşdiyini vurğulayıb.

Almaniya prezidenti isə Yoahim Qauk isə Berlində çıxışı zamanı 1915-ci ildəki hadisələri “soyqırımı” adlandırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.