Nursultan Nazarbayev 97,7% səslə növbəti dəfə prezident seçilib

27-04-2015, 10:18           

Aprelin 26-da Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində sensasiya baş verməyib. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hazırkı dövlət başçısı Nursultan Nazarbayev 97,7% səs toplayaraq öz vəzifəsində qalıb.


Kommunist Turqun Sızdıkov 1,6%, müstəqil namizəd Abelqazi Kusainov isə 0,7% səs alıblar.

Səsvermədə seçicilərin 95,22%-i iştirak edib.

Yekun rəsmi nəticələr mayın 3-dən gec olmayaraq açıqlanacaq.

Qeyd edək ki, prezident seçkiləri əslində 2016-cı ildə keçirilməli idi. Lakin həmin il ölkədə parlament seçkiləri də keçiriləcəyindən, iki seçkinin üst-üstə düşməməsi üçün prezident seçkilərini 1 il erkən keçirmək qərara alınıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.