Türkiyə qırıcılarını havaya qaldırdı

27-04-2015, 10:23           
Türkiyə qırıcılarını havaya qaldırdı
Türkiyə ordusuna aid “F-16” qırıcıları Suriya sərhəddinə göndərildi.

ANS PRESS-in Türkiyə baş qərargah idarəsinin saytına istinadən verdiyi məlumata görə, Suriya hərbi təyyarələrinin Türkiyə sərhəddinə yaxınlaşmasından sonra bu istiqamətdə qərar qəbul olunub:

“Türkiyə - Suriya sərhəd bölgəsində reyd keçirən 2 “F-16” təyyarəmiz Suriyaya aid “SU-24” təyyarəsinin Hatayın Karbeyaz qəsəbəsinin cənub sərhəddinə yaxınlaşması ilə bölgəyə istiqamətləndirilib. Daha sonra Suriyaya aid həmin təyyarə sərhəddimizə 1 – 2 mil qala geri qayıdaraq bölgədən uzaqlaşıb. Sərhəd boyu qırıcılarla reyd keçirilib” – deyə baş qərargahın açıqlamasında bildirilir.

Açıqlamada həmçinin bildirilir ki, eyni gün sərhəddi qeyri-qanuni yollarla keçməyə çalışan 123 nəfərin saxlanılıb, həmçinin qaçaqmalçılıq yoluyla ölkəyə keçirilməyə çalışılan 25 871 qutu siqaret, 20 litr maye yanacaq, 54 kq müxtəlif ərzaq məhsulu, 4 müxtəlif mühərrikli vasitə, 2 motosikl, 22 avtomobilə aid müxtəlif hissələr, 95 mobil telefon və 201 baş ev heyvanı ələ keçirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.