Süleyman Dəmirəl verdi, Ərdoğan aldık

27-04-2015, 23:34           

Türkiyənin tanınmış teatr və kino aktyoru Levent Kırcanın 9-cu Prezident Süleyman Dəmirəl zamanında aldığı “Dövlət sənətçisi” titulu geri alınıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı aktyor özü yayıb.

Aktyor açıqlama verərək bu sözləri deyib: “Dövlət sənətçisi ünvanım geri alındı. Biri verir, bilir alır... Bu belədir. Süleyman Dəmirəl vermişdi, Ərdoğan aldı”.

Xatırladaq ki, keçən seçimlərdə Fəhlə Partiyasının (indiki adı Vətən Partiyası) İstanbul üzrə Bələdiyyə başqanlığına namizədliyini verən məşhur komediya aktyoru tez-tez siyasi mövzularda verdiyi açıqlamalarla da gündəmə gəlirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.