Rusiya ilə Türkiyə arasında çiyələk qalmaqalı
30-04-2015, 15:12
Rusiya Türkiyədən gətirilən 21 ton çiyələyi geri qaytarıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə deyilir ki, Rusiyanın Federal Bitki Qoruma və Karantin Mərkəzi geri qaytarılan çiyələklərin insan sağlamlığı üçün zərərli olduğuna dair rəy verib. Buna görə də Rusiya Türkiyədən gətirilən 21 ton çiyələyin ölkəsində satılmasına icazə verməyib.
Rusya Federal Bitki Qoruma və Karantin Mərkəzinin (“Rosselxoznadzor”) rəhbərinin nümayəndəsi Aleksey Alekseyenko Qara dəniz bölgəsindən aparılan giləmeyvələrin yoxlandığını, onların zərərli olduğu üçün satışına icazə verilmədiyini deyib.
Mətbuat xatırladır ki, Rusiya bu ilin martında da Türkiyədən aparılan 26 ton pomidorun satışına icazə verməmişdi. Belə ki, pomidorların da insan həyatı üçün zərərli ola biləcəyi söylənilib.
Türkiyənin əlaqədar qurumları isə pomidor və çiyələklərin insan orqanizmi üçün zərərli olmadığını, buna baxmayaraq Rusiyanın çıxardığı qərara təəccüblənmədiyini dilə gətiriblər.