Türkiyə İstanbul konvensiyasından geri çəkildi

20-03-2021, 10:05           
Türkiyə İstanbul konvensiyasından geri çəkildi
İstanbul Konvensiyasını imzalayan ilk ölkə olan Türkiyə bu gecə prezident fərmanı ilə anlaşmadan çəkilib.

Yenisabah.az xəbər verir ki, “Qadına şiddət, ailədaxili şiddətin qarşısının alınması və bunlara qarşı mübarizə” Avropa Şurasının sözləşməsindən Türkiyə Prezidenti geri çəkilib.

Türkiyə Prezidentinin bu qərarı birmənalı qarşılanmayıb. Vətəndaşlar sosial şəbəkələrdə bu qərara etiraz edib və bunun qadın ölümlərini daha da artıracağını bildiriblər.

Qeyd edək ki, bu konvensiya Avropa Şurasının 11 may 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş toplantısında qəbul edilib. "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" adlı konvensiya 1 avqust 2014-cü ildə isə qüvvəyə minib. Avropa Şurasına üzv olan 47 ölkədən 34-ü Konvensiyanı ratifikasiya edib, Rusiya, Türkiyə və Azərbaycan konvensiyaya qoşulmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru