“Nəinki Putinin, heç bir dövlətin türk milləti qarşısında danışmağa cəsarəti çatmaz” - Baxçalı

3-03-2022, 17:43           
 “Nəinki Putinin, heç bir dövlətin türk milləti qarşısında danışmağa cəsarəti çatmaz” - Baxçalı
MHP rəhbəri Dövlət Baxçalı Ukraynanı işğal etməyə çalışan Rusiya Prezidenti Putinin haqsız olduğunu deyib.

Cebhe.info xəbər verir ki, bu barədə o, MHP-nin qrup toplantısında danışıb. Baxçalı münaşiqənin həll olunması üçün atılmalı 5 addımı qeyd edib. MHP sədri Dövlət Baxçalı deyib ki, Ukraynanı işğal edən Putin haqsızdır, bu haqsızlığın cəzasız qalması mümkün deyil. "Rusiya işğal planını 2014-cü ildən addım-addım həyata keçirir” ifadəsini işlədən partiya sədri aralarında “Ukraynanın siyasi və ərazi bütövlüyünə hörmət edilməlidir” kimi maddələrin yer aldığı anlaşmadan söz açıb.

Dövlət Baxçalı bildirib ki, Rusiyanın Ukraynaya hücumu beynəlxalq hüquqa və Minsk prosesinə ziddir:

“Rusiya bu addımı ilə tərəf olaraq imzaladığı müqavilələri pozdu. Birləşmiş Millətlər Təşkilatı qeyri-qanuni hərbi əməliyyatlara iradi olaraq cılız və zəif qınaq mesajlarından başqa heç bir şey etmədi, iradə nümayiş etdirmədi. Ukrayna sərhədinin təhlükəsizliyi, suverenlik və insan hüquqları təhlükəli hücuma məruz qaldı. Bu hücum 8 gündür davam edir”.

Baxçalıdan Donbas açıqlaması

O bildirib ki, həm Rusiya, həm Qərb Ukraynanı yanan ocağa çeviriblər:

“Donbasın Ukraynadan ayrılması separatizmdir. Bu ərazinin “müstəqillik və suverenliyinin” Rusiya parlamenti tərəfindən təsdiqi ümumbəşəri hüquq qaydalarını tapdalamaqdır. Nəinki Putinin, heç kimin, heç bir dövlətin türk milləti qarşısında danışmağa, tarix xatırlatmasına üzü, cəsarəti çatmaz”.

ABŞ, AB və NATO-ya cavab

Daha sonra MHP rəhbəri qeyd edib:

“AB, ABŞ və NATO bu müharibədə qabiliyyətinin olmadığını göstərdi. Əgər Ukrayna NATO-ya üzv olmayacaqdısa, niyə ABŞ bütün bu müddət ərzində boş vədlər veirdi?! Barış üçün atılacaq addımlar bunlardır:

1.Ukraynanın siyasi və ərazi bütövlüyünə hörmət.

2.Rusiya ilə Ukrayna arasında atəşəs olmalıdır.

3.Rusiya işğaldan əl çəkməli, ordusunu geri çəkməlidir.

4.NATO şərqə doğru genişlənmə strategiyasını yenidən gözdən keçirməlidir.

5.Yeganə variant diplomatiya və dialoqdur.

Rusiya və Ukrayna arasında razılaşmaya can atmaq üçün görüşlər sevindiricidir. Rusiya və Ukrayna yalnız Türkiyənin iştirakı ilə danışıq masasına otura bilər. Prezidentimizin çoxşaxəli siyasi, iqtisadi və ticarət əlaqələrindən istifadə edərək vasitəçilik etməsi sülhün, əmin-amanlığın açarıdır. İstanbulda müzakirələrə başlamaqla böhrandan çıxmağın yolu tapılacaq. BMT strukturu dəyişilməlidir.Rusiyanın BMT Təhlükəsizlik Şurasında ona qarşı qəbul edilən qınama qərarına veto qoymaq hüququna malik olması özü-özlüyündə təhrifdir, bu təşkilatın iflasa uğramasıdır. Hadisələr və reallıqlar göstərir ki, Ukrayna və Rusiya ilə danışıqlar masasına oturacaq yeganə ölkə Türkiyədir”.

Rusiya ilə Ukrayna arasında çox təcili atəşkəs rejimi yaradılmalı olduğunu deyən Baxçalı Putinin işğaldan əl çəkməli və ordusunu geri çağırmalı olduğunu vurğulayıb:

“Ukraynanı işğal edən Putin haqsızdır, bu haqsızlığın cəzasız qalması mümkün deyil. Türkiyənin Montre Boğazları Konvensiyası ilə bağlı mövqeyi möhkəm, balanslı və aydındır. “Zillət İttifaqının (Millət İttifaqı nəzərdə tutulur-red.)Montre bölgəsini xatırlatması siyasi tələdir. Türkiyə hər hansı cəbhə ölkəsi olmayacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.