Ərdoğan liderlərlə Ukraynanı MÜZAKİRƏ ETDİ

6-03-2022, 00:07           
Ərdoğan liderlərlə Ukraynanı MÜZAKİRƏ ETDİ
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kanadanın Baş naziri Castin Trüdo və Litva Prezidenti Gitanas Nauseda ilə telefon danışıqları olub.
Manset.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, danışıqlarda Rusiya ilə Ukrayna arasındakı böhran və Ukraynadakı son vəziyyət müzakirə olunub.

Türkiyə Prezidenti Rusiya ilə Ukrayna arasında sülhün bərpası üçün əllərindən gələn səyləri göstərməyə davam edəcəklərini qeyd edib.

Danışıqlar zamanı bölgədə baş verən son hadisələr ətrafında fikir mübadilələri aparılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.