İstanbulda partlayışda ölənlərin arasında 1 nəfər azərbaycanlı olduğu bildirilir
7-06-2016, 13:39

İstanbulda partlayışda ölənlərin arasında 1 nəfər azərbaycanlı olduğu bildirilir. Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumta görə, azərbaycanlı olduğu deyilən mərhumun şəxsiyyəti müəyyənləşdirilir.
x x x
İstanbulda baş verən partlayışda ölənlərin sayı 11, yaralıların sayı isə 36-ya çatıb. Trend bu barədə TRT Haber-ə istinadən xəbər verir. Ölənlərdən 7-si polis nəfəridir.
x x x
İlkin məlumatlara görə, İstanbulda baş verən partlayışda iki nəfər ölüb, 14 nəfər yaralanıb. Trend bu barədə Haber7 qəzetinə istinadən xəbər verir.
x x x
İstanbulda baş verən partlayış nəticəsində yaralananların sayı 8-ə çatıb. Trend Türkiyənin TRT telekanalına istinadən məlumat verir ki, yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Telekanalın verdiyi xəbərə görə, hazırda hadisə yerində polis qüvvələri araşdırma aparır. Hökumət insidentlə bağlı hələ heç bir rəsmi bəyanat səsləndirməyib.
x x x
Trend-in məlumatına görə, Türkiyənin "Haber7" yaralananların sayının 5 olduğu barədə xəbər verib.
x x x
İstanbulda polis avtomobilində partlayış olub. Trend Türkiyənin TRT Haber telekanalına istinadən məlumat verir ki, hadisə yerinə yanğınsöndürən maşınlar və xilasedicilər cəlb edilib.
Hadisə avtobus dayanacağı yaxınlığında baş verib. Partlayışdan sonra ərazidə atışma səsləri eşidildiyi bildirilir.
Telekanalın verdiyi xəbərə görə, partlayış nəticəsində xəsarət alanlar var. Polis ikinci partlayış təhlükəsini ehtimal edir.