İmtina etməmişik, ancaq Türkiyə ilə... - Putin

8-06-2016, 00:02           

Rusiya Prezidenti Vladimir Putin Türk Axını qaz kəməri layihəsindən imtina etmədiklərini, ancaq Türkiyə ilə bəzi siyasi problemlərinin olduğunu bildirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə Moskvada keçirilən mətbuat konfransında qeyd edib.

Türk Axınından danışan Putin layihədən imtina etmədiklərini, ancaq bu məsələdə Avropa Komissiyasının mövqeyini aydınlaşdırmasının lazım olduğunu vurğulayıb.

Putin Avropanın Rusiya qazını idxal etmək istəməməsi durumunda başqa bazarlar tapacaqlarını bildirib.

Xatırladaq ki, Su-24 olayından sonra Rusiya rəsmiləri Türk Axını layihəsinin dayandırılması haqqında açıqlamalar vermişdilər. Lakin daha sonra sözügedən layihənin yenidən gündəmə gəlməsi ehtimalı irəli sürülmüşdü.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.