Türkiyədən ABŞ-a xəbərdarlıq: - “Vurarıq...”

8-06-2016, 13:03           
Türkiyədən ABŞ-a xəbərdarlıq: - “Vurarıq...”
PKK terror təşkilatının Suriya qolu PYD ABŞ-ın dəstəyi ilə Türkiyə sərhədlərindən 35 km məsafədə yerləşən Menbiç şəhərində İŞİD-ə qarşı hərbi əməliyyatlar aparır.

Axar.az “Yeni Şəfəq” qəzetinə istinadən xəbər verir ki, Türkiyə məsələ ilə bağlı ABŞ-a xəbərdarlıq edib.

Rəsmi Ankara Vaşinqtona PYD-nin Türkiyə sərhədlərinə 15 km yaxınlaşması halında vurulacağını bildirib.

Qəzetin əldə etdiyi məlumata görə, ABŞ Türkiyənin xəbərdarlığını artıq terror təşkilatına çatdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.