Türkiyədən Rusiyanı qəzəbləndirəcək açıqlama - Hücumları dayandırın

10-06-2016, 21:19           

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Suriyadakı rejimi və Rusiyanın hava əməliyyatlarını sərt tənqid edib.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin rəsmi saytında məlumat yerləşdirilib.

“Suriyadakı rejim və Rusiyanın xəstəxana, məktəb, məscid və digər ictimai obyektlərə yönəlik hava əməliyyatlarını, onlarla vətəndaşın ölümünə səbəb olan hücumları şiddətlə qınayırıq”- deyə Türkiyə XİN-in bəyanatında bildirilib.

Daha sonra qeyd edilib: “Hələbin Şaer məhəlləsində fəaliyyət göstərən xəstəxana tamamilə dağıdılıb. Bunu edənlər insanlıqdan uzaqdırlar. Günahkarlar cəzasız qalmayacaq. Cinayətkarların tezliklə cəzalandırılmasını istəyirik. İnsanlıq tarixinə qara ləkə kimi düşən bu hücumlar tezliklə dayandırılmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.