“Togg”la bağlı VACİB xəbər -2025-ci ildən...

13-12-2023, 18:08           
“Togg”la bağlı VACİB xəbər -2025-ci ildən...
Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır yerli avtomobil "Togg"la bağlı sevindirici xəbər açıqlayıb.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, nazir “Togg”un sedan modelinin 2024-cü ilin sonunda təqdim ediləcəyini bildirib.

Onun sözlərinə görə, avtomobillər 2025-ci ildə istehsal olunmağa başlayacaq:

"Togg" 2024-cü ilin sonunda sedan modelini ictimaiyyətə təqdim edəcək. 2025-ci ildən etibarən "Togg" avtomobilləri Avropaya ixrac edilməyə başlayacaq”.

Kacır qeyd edib ki, hazırda ölkə üzrə 15 mindən çox "Togg" avtomobili yollardadır və gələn il istehsal təxminən 3 dəfə artacaq.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.