Məşhur futbolçuları aldadan Seçil Erzanın məhkəməsi təxirə salındı

13-01-2024, 11:49           
Məşhur futbolçuları aldadan Seçil Erzanın məhkəməsi təxirə salındı
Futbolçulardan gəlir əldə etmək adı ilə böyük məbləğdə pullar almaqla gündəmə gələn keçmiş bank işçisi Seçil Erzanın və 6 şübhəlinin məhkəməsi təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, məlumat Türkiyə mətbuatında yayılıb.

Məhkəmə sədri bildirib ki, iclas çox uzanıb və şahidlərin dinlənilməsi, şikayətçilərin ifadələrinin alınması üçün iclas yanvarın 15-ə salınıb.

Xatırladaq ki, Seçil Erzan aralarında Arda Turan, Emre Belözoğlu, Fernando Muslera və Selçuk İnan kimi məşhur adların da olduğu 21 nəfəri aldatması iddiası ilə mühakimə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru