Türkiyə “Terroristan” qurulmasına icazə verməyəcək - YENİLƏNİB

13-01-2024, 20:14           
Türkiyə “Terroristan” qurulmasına icazə verməyəcək - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə dövlət başçısının Dolmabahçe iqamətgahında təhlükəsizlik toplantısı keçirilib.

Xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikaya, müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın və digər rəsmi şəxslər görüşdə iştirak ediblər.

Toplantıdan sonra yayılan rəsmi açıqlamada bildirilib ki, iclasda terrorla mübarizə strategiyaları qiymətləndirilib, bu kontekstdə atılan və atılacaq addımlar müzakirə edilib. Bildirilib ki, İraqın şimalında 36, ​​Suriyanın şimalında 9 olmaqla ümumilikdə 45 terrorçu zərərsizləşdirilib.

Qeyd olunub ki, terror təşkilatları Suriya və İraqda küncə sıxışdırıldığı üçün onları canlandırmaq cəhdləri də geniş vüsət alıb.

Vurğulanıb ki, Türkiyə cənub sərhədlərində heç bir bəhanə və səbəblə “Terroristan” qurulmasına icazə verməyəcək.

Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.