Seçki öncəsi VPN xidmətləri BLOKLANIR

15-01-2024, 15:48           
Seçki öncəsi VPN xidmətləri BLOKLANIR
Türkiyə hakimiyyəti seçkilərdən əvvəl bir sıra məşhur VPN xidmətlərinə girişi bloklaya bilər.

Bu barədə "Britaniyanın Financial Times" (FT) qəzeti əlində olan sənədlərə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi yerli internet provayderlərindən 16 VPN xidmətinə çıxışı dayandırmağı tələb edib. Ehtimal olunur ki, bu tələbin səbəbi martda ölkədə keçiriləcək yerli seçkilərdir.

Məlumatlara görə, tənzimləyici provayderlərdən VPN xidmətlərinin bloklanmasının necə getdiyi barədə ona hesabat vermələrini tələb edib. Qəzet bildirir ki, Türkiyədə VPN-ə giriş indi xeyli çətinləşib.

Əvvəllər "Yerli Proqram təminatı" Proqram Məhsulları Tərtibatçıları Assosiasiyasının icraçı direktoru Renat Laşin VPN xidmətlərinin bir çox risk daşıdığını söyləyib. Ən bariz nümunələrə virus infeksiyası, şəxsi məlumatların oğurlanması, sızmalar, şifrələmənin olmaması və s-dir. Laşin onu da qeyd edib ki, bir sıra daha az nəzərə çarpan, lakin hələ də kifayət qədər təhlükəli təhdidlər var.
yenisabah












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.