Əcnəbilər üçün Ayasofyaya giriş ödənişli oldu

15-01-2024, 12:05           
Əcnəbilər üçün Ayasofyaya giriş ödənişli oldu
Bu gündən başlayaraq İstanbulda Ayasofya məscidinə xarici vətəndaşlar üçün turistik məqsədlə giriş ödənişli olacaq.

Türkiyənin Turizm Nazirliyi tərəfindən tətbiq edilən yeni qaydalar bu gündən qüvvəyə minir.

Beləliklə, xarici turistlər üçün sözügedən dünyaca məşhur məscidə giriş üçün 25 avro (təqribən 47 AZN) tələb olunacaq.

Türkiyə vətəndaşları və Ayasofya məscidinə ibadət üçün daxil olanlara giriş ödənişsiz olaraq qalır. Nazirliyin açıqlamasına görə, yeni qaydaların tətbiqi məscidin girişində növbələrin aradan qaldırılmasına, eləcə də onun bərpası ilə bağlı genişmiqyaslı işlərin sistemli aparılmasına imkan verəcək.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin iyulunda Ayasofyanın məscid olması ilə bağlı sərəncam imzalayıb və burada ibadətlər bərpa edilib. Elə bu zaman Ayasofyaya giriş pulsuz olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru