Türkiyənin Nazirlər Kabineti toplanacaq

16-01-2024, 07:14           
Türkiyənin Nazirlər Kabineti toplanacaq
Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada Nazirlər Kabinetinin iclası keçiriləcək.

Nazirlər Kabinetinin iclasında inflyasiya və qiymət artımı ilə mübarizə üçün atılacaq əlavə addımlar da müzakirə olunacaq.

Mərkəzi Bankın monetar sərtləşdirmə addımlarının bazarlara təsiri və ehtiyatlardakı son vəziyyət qiymətləndiriləcək.

İclasın digər gündəm məsələsi Türkiyənin antiterror əməliyyatlarıdır. Bu çərçivədə İstanbulda keçirilən təhlükəsizlik sammitindən alınan qərarlar Nazirlər Kabinetində də müzakirə olunacaq. Terror təşkilatı PKK-ya qarşı Suriya və İraqın şimalında və ölkədə davam edən əməliyyatlar müzakirə ediləcək.

Eyni zamanda, Nazirlər Kabinetinin iclasında İsrailin Fələstinə hücumları, Türkiyənin Qəzzada atəşkəsə nail olmaq üçün diplomatik təşəbbüsləri və Qırmızı dənizdəki gərginlik də müzakirə olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru