Türkiyəli sahibkarlar Rusiyadan pul köçürmələri edə bilmir - ƏTRAFLI

17-01-2024, 00:11           
Türkiyəli sahibkarlar Rusiyadan pul köçürmələri edə bilmir - ƏTRAFLI
“Türkiyə şirkətləri Rusiyadan pul köçürərkən problemlərlə üzləşir. Artan ticarət həcmləri fonunda banklar yanvarın 1-dən sonra əməliyyatları bloklamağa başlayıb. Buna görə də ixracatçılar hökumətin qərarını gözləyirlər”.

KONKRET.az xəbər verir ki, Qərbin sanksiyaları nəticəsində dekabrda başlayan problemlər yanvar ayından intensivləşib.

Bir çox şirkətlərin ödənişləri ya geri qaytarılır, ya da banklar tərəfindən rədd edilir. Şirkətlər səbirsizliklə problemin aradan qaldırılmasını gözləyir. Lakin bu, ixracda ciddi fasilələrə səbəb olur.

Ödənişlərin dayandırılması Rusiya ilə rekord həcmdə ticarət dövriyyəsinə təsadüf edir. Türkiyə nəşrləri yazır ki, 2023-cü ilin sonunda Türkiyədən ixrac 23,2% artaraq 9,4 milyard dollara çatıb. Bu ölkəyə ən çox ixrac edilən kimya sənayesi, maşınqayırma, avtomobil sənayesi, meyvə-tərəvəz və elektronika məhsulları olub.

Qeyd edilir ki, yanvarın 6-da ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Xarici işlər naziri Hakan Fidanla görüşündən sonra problem daha da qabarıb.

Blinken ABŞ-nin Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsinə verdiyi əhəmiyyəti vurğulayıb. Bildirib ki, İsveçin Alyansa daxil olması Ukrayna münaqişəsinə verilən cavab kimi qiymətləndirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.