Türk kino və estrada ulduzunun kasıblığı şok yaratdı –"Kömək edin, işıq pulunu verə bilmirəm"/VİDEO

18-01-2024, 11:08           
Türk kino və estrada ulduzunun kasıblığı şok yaratdı –"Kömək edin, işıq pulunu verə bilmirəm"/VİDEO
Türkiyənin 70-ci illərdə məşhur müğənnisi və kino aktyoru olmuş Serpil Örümçer kasıblıq üzündən ciddi sosial problemlər yaşayır.

Azpost.info bildirir ki, 72 yaşlı Serpil Örümçer sosial şəbəkə üzərindən xalqa müraciətində işıq pulu və istilik üçün olan borcları ödəyə bilmədiyindən insanlardan yardım istəyib.

Məşhur türk müğənnisi Berkantın həyat yoldaşı, 1970-ci illərin gözəli “Miss Bacak” ləqəbli Serpil Örümcer ilk dəfə 1967-ci ildə “Milliyyət” qəzetinin təşkil etdiyi gözəllik yarışmasının qailibi olub. Serpil Örümcer daha sonra “Samanyolu” mahnısı ilə tanınan müğənni Berkantla ailə həyatı qurub.

90-cı illərdən bəri kasıb həyat yaşayan sənətçi uzun müddətdir yoxsulluqla mübarizə aparır.

Yaşı ilə əlaqədar səhhətində də problemlər olan məşhur sənətçi hesabı ödəmək üçün köhnə fotolarını satmağa başlayıb. Sosial media hesabında pərəstişkarlarına və dostlarına müraciət edən Örümcer, “Mən 70-ci illərin sənətçisi Serpil Örümcerəm. Bu şəkilləri xeyriyyə məqsədi ilə 200 lirəyə satıram, işıq, su, təbii qaz pulumu ödəmək istəyirəm. “Mənə kömək etsəniz, sizə öz imzalı fotoşəkillərimi göndərmək istərdim” -deyə müraciətində bildirib.

Onun müraciəti sosial şəbəkədə geniş rezonans verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.