İranlı vəkil Xosrov Əlikordi iki il müddətinə vəkillik fəaliyyətindən məhrum edilib

18-01-2024, 13:18           
İranlı vəkil Xosrov Əlikordi iki il müddətinə vəkillik fəaliyyətindən məhrum edilib
İran hökumətinin səs-küylü siyasi işlərdə iştirak edən vəkillərə artan təzyiqi fonunda fəalları və onların ailələrini təmsil edən tanınmış vəkil Xosrov Əlikordi iki il müddətinə vəkillik fəaliyyətindən məhrum edilib.

Xorasan Vəkillər Kollegiyasının İntizam Məhkəməsinin dördüncü şöbəsi tərəfindən çıxarılan qərarda əsasən diqqət Fatimə Sepehri və Əbülfəzl Adinehzadə də daxil olmaqla, Əlikordinin müştəriləri və onların qohumları haqqında məlumat yaymasına yönəlib.

Adinehzadə Məhsa Əmininin 2022-ci ilin sentyabrında baş örtüyü qanununu pozduğu iddiası ilə İranın əxlaq polisinin nəzarətində ölümündən sonra ümummilli iğtişaşlar zamanı öldürülüb.

İyun ayında Əlikordinin təmsil etdiyi Adinezadənin atası və bacısı onun ölümü ilə bağlı mediaya müsahibələrə və sosial şəbəkələrdəki paylaşımlarda dediklərinə görə "hökumət əleyhinə təbliğat "da ittiham olunublar.

Əlikordinin digər müştərisi Fatimə Sepehri ali dini rəhbər Ayətulla Əli Xameneinin açıq tənqidçisidir və onu istefaya çağırıb. Onun çıxışları keçən il Əmininin ölümü ilə başlayan ümummilli etirazlar zamanı həbs edilməsinə səbəb olub.

Əlikordi son iki ayda "kompüter sistemləri vasitəsilə yalan məlumat yaymaq və məxfiliyi qorumamaq" və "müxalif qrupların xeyrinə təbliğat fəaliyyəti ilə məşğul olmaq" kimi ittihamlarla iki ayrı iş üzrə mühakimə olunub.

İttihamlar bir il həbs cəzası, iki il Nehbandan şəhərinə sürgün və cərimələrə səbəb olub.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.