Türkiyəli astronavtın kosmik səyahəti təxirə salındı

18-01-2024, 08:28           
Türkiyəli astronavtın kosmik səyahəti təxirə salındı
Türkiyəli astronavtın Alper Gezeravcının kosmik səyahəti təxirə salınıb.

Bu barədə ölkənin sənaye və texnologiya naziri Fatih Mehmet Kaçır açıqlama verib.

“İlk astronavtımız Alper Gezeravcının da iştirak edəcəyi buraxılış təxirə salınıb. Proses ertəsi gün - 19 yanvar 2024-cü il saat 00:49 (Türkiyə vaxtı ilə) baş tutacaq. Bu müddət ərzində buraxılış öncəsi texniki yoxlamaların tamamlanması planlaşdırılır. Astronavtımızın bu tarixi missiyanı uğurla yerinə yetirməsini səbirsizliklə gözləyirik”, - o bildirib.
Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru